Həftə sonu Azərbaycan ərazisində hava yağmurlu olacaq, bəzi rayonlarda sulu qar və qar yağacaq

Həftə sonu Azərbaycan ərazisində hava yağmurlu olacaq, bəzi rayonlarda sulu qar və qar yağacaq
# 18 fevral 2011 09:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Mülayim şərq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərə isti olacaq.

Fevralın 20-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 18-dən 19-na keçən gecə bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda havanın yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Fevralın 20-də havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR