Xarkovda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilib - FOTOSESSİYA

Xarkovda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 fevral 2011 10:41 (UTC +04:00)
APA-nın xəbərinə görə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən toplantıda Xarkov Vilayət Administrasiyası rəsmiləri, Azərbaycan diasporunun fəalları, yerli televiziya və KİV nümayəndələri iştirak edib. Xarkov ictimaiyyətinin nümayəndələri Xocalı qurbanlarının anim mərasiminə 1992-ci ildə döyüş bölgəsindən dinc əhalini çıxararkən Qarabağ səmasında vertolyotun ermənilər tərəfindən partladılması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkov şəhərindəki xatirə lövhəsinin önünə çiçəklər qoymaqla qatılıblar. Anım mərasimində Xarkov Azərbaycanlıları Konqresinin sədri Qurban Abbasov çıxış edib. O 19 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqırımı siyasətinin məntiqi davamı kimi dəyərləndirib.
Sonra mərasimə qatılanlar Heydər Əliyev Fondunun xətti ilə hazırlanmış “Xocalı soyqırımı” filminə baxıblar.
“Xocalıda baş verənlər insanlığa yönəlik bəşəri bir cinayətdir” deyən gürcü diasporunun sədri Zurab Kiviya, Türk Milli Birliyini sədri İrfan Gəbəci Xarkov vilayətinin rəsmi nümayəndələri və bir sıra xalqların diaspora rəhbərləri dünya birliyini və beynəlxalq təşkilatları bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyə çağırıblar.
Ukraynada yaşayan Azərbaycan gənclərinin “Xocalıya ədalət!” kampaniyasına qoşulduğunu bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin baş katibi Ayaz Salmanov, birliyin Xarkov vilayət təşkilatının sədri Afiyəddin Balakişiyev və digər gənclər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün güclərini səfərbər etdiklərini vurğulayıblar.
İKGF-nin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş “Xocalı ayı” fevralın sonunadək bir sıra tədbirlər və etiraz aksiyaları ilə davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR