Bakıda “İslam və millətçilik” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “İslam və millətçilik” mövzusunda dəyirmi masa keçirilib
# 19 fevral 2011 12:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Sülh və Demokratiya İnstitutu “Din və demokratiya Azərbaycanda” layihəsi çərçivəsində “İslam və millətçilik” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu mövzu ilə bağlı məruzə edib. İslam dini, “Qurani-Kərim” və din tarixi barədə danışan N. Qasımoğlu dində hümmətçiliyə dair yer alan məqamlara aydınlıq gətirməyə çalışıb. O, “Qurani-Kərim”də milli dilin Allah tərəfindən nemət olaraq verildiyi və ona təzyiq edilməsinin mümkünsüzlüyü insanlara aşılanır. N. Qasımoğlu bildirib ki, bəziləri “Quran”da işlədilən sözün millət anlamına gəlmədiyini və qövm olaraq təqdim olunduğunu da söyləyiblər: “Qövm toplu, icma anlamını verə bilər, lakin millət kimi analiz edilə bilməz. Çünki müqəddəs kitabımızda Allah insanları ayrı-ayrı millətlərdən yaratdığını da bəyan edir”. İslam dinindən siyasi məqsədlər üçün istifadənin mümkünsüzlüyünü də diqqətə çatdıran N. Qasımoğlu mətbuatda tez-tez gedən “inanclı insanlar” fikri ilə razılaşmadığını da söyləyib: “Bəziləri ibadətlə məşğul olan şəxslərə “inanclı insanlar” - deyə müraciət edirlər. Bu düzgün çağırış deyil. Belə çıxır ki, digərləri Allaha inanmır?”. Sonra tədbir diskussiya şəklində davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR