Azərbaycanda istehlakçıların məhkəmə şikayətlərinin artması gözlənilir

Azərbaycanda istehlakçıların məhkəmə şikayətlərinin artması gözlənilir
# 21 fevral 2011 07:58 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyi hüquq şöbəsinin müdiri İbrahim Ağayev bildirib.

Qeyd edək ki, ötən il bununla bağlı məhkəmələrə müraciət olmayıb. Şöbə müdirinin sözlərinə görə, məhkəmələrə müraciətlərin olmaması daha çox əhalinin bu məsələyə laqeyd yanaşmasının göstəricisidir: «Onlar öz hüquqlarından istifadə etmirlər, halbuki belə hüquq varsa, onlar istifadə etməlidir».

Əvəzində bu məsələ ilə bağlı nazirliyin özünə şikayətlər artıb. Şöbə müdirinin sözlərinə görə, təkcə 2010-cu ildə enerji və qaz təminatında yaranmış hallarla bağlı nazirliyə 1 mindən artıq istehlakçı şikayəti daxil olub. Şikayətlər enerjinin verilməsi, sayğacların quraşdırılması prosesi, cərimələrin yazılmasıyla və s. ilə bağlı olub: «Bütün bu məsələlər nazirlik tərəfindən araşdırılıb və əksər hallarda istehlakçıların haqlı olduğu müəyyənləşib».

İ.Ağayev bildirib ki, hazırda qazdan istifadə qaydaları hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Burada digər məsələlərlə yanaşı istehlakçılarla qazpaylayıcı qurum arasında fərdi müqavilə forması da əksini tapıb. Bu müqavilələr əhali, ticarət və sənaye obyektləri üçün fərqli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR