Tibbi Profilaktika İnstitutunun laboratoriya müdiri: “Hazırda müşahidə edilən xəstəliklər A virusunun törətdiyi qripə oxşayan xəstəliklərdir”

Tibbi Profilaktika İnstitutunun laboratoriya müdiri: “Hazırda müşahidə edilən xəstəliklər A virusunun törətdiyi qripə oxşayan xəstəliklərdir”
# 22 fevral 2011 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Hazırda müşahidə edilən xəstəliklər A virusunun törətdiyi qripə oxşayan xəstəliklərdir, onların əlamətləri də eynidir. Çox adam soyuqdəyməni qriplə qarışdırır və onu da qrip adlandırır. Amma yalnız virus aşkarlandıqda və bu, təsdiqləndikdən sonra ona qrip demək olar”. Bunu APA-ya açıqlamasında akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib.

Onun sözlərinə görə, havaların kəskin dəyişməsi, temperaturun gah yüksəlməsi, gah da enməsi insanlarda, xüsusilə immuniteti zəif olan insanlarda soyuqdəymə riskini artırır: “Qrip və soyuqdəymənin əlamətləri oxşardır. Virus nəticəsində yaranmış qripdə yüksək qızdırma bir neçə gün davam edir. Amma soyuqdəymədə isə titrətmə, üşütmə, boğaz ağrısı, əzginlik olur. İmmuniteti aşağı olan insanlar bu xəstəliyə daha çox yoluxur”.

A.Əsədova deyib ki, qripi mikroorqanizmlər, mikroblar, adenavirus, enterevirus törətdikdə xəstəlik yüngül, başqa sözlə, soyuqdəymə halında keçir. Amma viruslu qrip çox ağır keçir: “Adətən insanlar arasında A və B qripi müşahidə edilir. B qripi epidemioloji baxımdan yayılmır. A qripi isə çox sürətlə yayılır. Bu baxımdan o, çox təhlükəlidir. Amma indiki qrip A qripinə oxşar qripdir. Əlamətləri də eynidir. Qripə görə bu mövsümdə müraciət edənlərin sayı çox deyil. Müraciət edənlərdə isə A virusu aşkarlanmayıb. Xəstələnmiş şəxslərdə paraqrip, adenavirus, qeyri-virusların törətdiyi xəstəliklər olub. Bunlar da çox qorxulu deyil. Əsas təhlükəli A virusu hesab edilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR