AMEA prezidenti: “Doktoranturaya qəbul imtahanı yazda keçirilməyəcək”

AMEA prezidenti: “Doktoranturaya qəbul imtahanı yazda keçirilməyəcək”
# 23 fevral 2011 10:49 (UTC +04:00)
AMEA prezidenti deyib ki, əvvəlcədən doktoranturaya qəbul imtahanının yazda keçirilməsi nəzərdə tutulsa da, indiki şəraitdə bu, mümkün deyil: “Hələlik doktoranturaya yeni ixtisaslar təsdiq olunmayıb. Doktoranturaya qəbul planları da Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib. AMEA doktoranturaya qəbul planlarını Nazirlər Kabinetinə göndərib. Hazırda Nazirlər Kabinetində bu planlar araşdırılır. Bundan sonra isə doktoranturaya qəbulla bağlı elan veriləcək. Çox güman ki, doktoranturaya qəbul imtahanı payızda keçiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR