Magistraturaya qəbulla əlaqədar Apellyasiya Komissiyası işə başlayıb

Magistraturaya qəbulla əlaqədar Apellyasiya Komissiyası işə başlayıb
# 23 fevral 2011 12:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın ali məktəblərinin magistratura pilləsinə fevralın 20-də keçirilən qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Apellyasiya Komissiyası fəaliyyətə başlayıb. Bu barədə APA-ya TQDK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, Apellyasiya Komissiyası fevralın 25-dək fəaliyyət göstərəcək. Bu müddətdə komissiyada qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar bütün müraciətlərə baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR