Strasburqda keçiriləcək “Azərbaycan 20 - Baxış 2020” adlı tədbirin seçim nəticələri açıqlanıb

Strasburqda keçiriləcək “Azərbaycan 20 - Baxış 2020” adlı tədbirin seçim nəticələri açıqlanıb
# 24 fevral 2011 08:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) martın 11-12-də Fransanın Strasburq şəhərində keçiriləcək “Azərbaycan 20 - Baxış 2020” adlı tədbirin seçim nəticələrini elan edib. APA-nın məlumatına görə, tədbirin təşkilatçılarının elektron ünvanına 40 fərqli ölkəni təmsil edən 800-dən artıq ərizə forması daxil olub. Tədbirdə iştirak üçün 150 tələbə, məzun, araşdırmaçı, alim gənc seçilib. Tədbirdə iştirak üçün müraciət edənlərin 95 nəfərini Böyük Britaniyada təhsil alan və məzun olmuş gənclər təşkil edir. Müraciət edənlərin 35 faizi qadınlardır. Diaspora və lobbiçilik fəaliyyətlərində aktiv iştirakla yanaşı tibb, riyaziyyat, kimya, fizika, neft sahəsi və mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, hüquq və beynəlxalq münasibətlər fakültələrində də təhsil alan və məzun gənclər tədbirdə iştirak haqqı qazanıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR