Magistraturaya qəbulla əlaqədar yaradılan Appelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb

Magistraturaya qəbulla əlaqədar yaradılan Appelyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb
# 25 fevral 2011 14:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətləri araşdıran Appelyasiya Komisiyası bu gün fəaliyyətini yekunlaşdırıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Nağızadə APA-ya bildirib ki, fevralın 23-dən başlayan appelyasiya Komissiyalaına 39 nəfər müraciət edib. Bütün müraciətlər araşdırılaraq cavablandırılıb.

E. Nağızadənin sözlərinə görə, təyin edilmiş müddət bitdiyi üçün bundan sonra bakalavrların magitraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı heç bir müraciətinə baxılmayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR