Azərbaycanın gənclər və idman naziri Mərakeşə gedib

Azərbaycanın gənclər və idman naziri Mərakeşə gedib
# 28 fevral 2011 09:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və idman naziri Azad Rəhimov Mərakeş Krallığının gənclər və idman naziri Munsif Bəlxeyyatın dəvəti ilə bu ölkəyə səfərə yollanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan və Mərakeş Krallığı arasında gənclər və idman sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi, müxtəlif görüşlər və eyni zamanda bir sıra idman obyektlərinin fəaliyyəti ilə tanışlıq nəzərdə tutulur.

Səfər martın 3-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR