Azərbaycanın təhsil naziri orta ixtisas təhsili müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması üçün tapşırıqlar verib

Azərbaycanın təhsil naziri orta ixtisas təhsili müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması üçün tapşırıqlar verib
# 28 fevral 2011 14:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Orta ixtisas təhsili müəssisələrində monitorinqin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan məsələlərin uğurla həyata keçirilməsi məqsədilə orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin öyrənilməsi, statistik məlumatların təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün ötən ilin sonlarında monitorinq keçirilib.

Nazir bildirib ki, 2005-2010-cu illərdə kolleclərdə təhsil almaq üçün ərizə verənlərin sayı artıb. 2005-ci ildə 1 yerə ərizə verənlərin sayı 2,1 nəfər, 2010-cu ildə isə 3,1 nəfər olub.

Monitorinqin ümumi nəticələri ilə iclas iştirakçılarını tanış edən M. Mərdanov orta ixtisas təhsili müəssisələrinin istilik sistemi ilə təchizatı, onların informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, təmirə ehtiyacı olan kolleclərin müəyyənləşdirilməsi, bu sahə üzrə dərs vəsaitlərinin hazırlanması və digər mühüm məsələlərlə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verib.

Sonda müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR