Bu il Azərbaycanda daha 500 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin ediləcək

Bu il Azərbaycanda daha 500 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin ediləcək
# 01 mart 2011 12:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsili Nazirliyi bu il ərzində Bakı və Sumqayıt şəhərinin təhsil müəssisələrinə 2005-ci ildə verilmiş 1500 kompüteri modernləşdiriləcək. Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən APA-ya verilən məlumata görə, bu işlər “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görüləcək işlərin tərkib hissəsidir. Dövlət proqramının əsas məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir.

İdarədən o da bildirilib ki, bu il ümumtəhsil məktəblərinin, orta ixtisas təhsili müəssisələrinin, təhsil şöbələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması da nəzərdə tutulur. Bu məqsədlə onlara 500 noutbuk, 500 proyektor, 1000 “Intel” netbuk, 3000 HP stolüstü kompüter veriləcək. Bununla yanaşı, bu il Azərbaycan Təhsil Şəbəkəsinə 500 təhsil müəssisəsinin qoşulması, onların yüksək sürətli internetlə təmin edilməsi də planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR