Avrozonada işsizlik səviyyəsi 0,1 faiz bəndi azalıb

Avrozonada işsizlik səviyyəsi 0,1 faiz bəndi azalıb
# 01 mart 2011 12:43 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin yanvar ayında avrozonaya daxil olan 17 ölkədə, eləcə də Avropa İttifaqında (Aİ) işsizliyin səviyyəsi ötən ilin dekabr ayı ilə müqayisədə 0,1 faiz bəndi azalıb.

APA-Economics”in Avropa Statistika Agentliyinə (Eurostat) istinadən xəbərinə görə, avrozonada işsizliyin səviyyəsi 10%-dən 9,9%-ə, Aİ-də isə 9,6%-dən 9,5%-ə enib.

Rəqəmlərlə ifadə etdikdə, yanvar ayında avrozonada işsizlərin sayı 72 min nəfər azalaraq 15,775 mln. nəfərə, Aİ-də isə 43 min nəfər azalaraq 23,048 mln. nəfərə enib. Bir il ərzində avrozonada işsizlərin sayı 178 min nəfər, Aİ-də isə 434 min nəfər artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR