Təhsil Nazirliyi texniki peşə məktəblərinin təmiri və tikintisi üçün ayrılan vəsaitin artırılmasını gözləyir

Təhsil Nazirliyi texniki peşə məktəblərinin təmiri və tikintisi üçün ayrılan vəsaitin artırılmasını gözləyir
# 02 mart 2011 11:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanda texniki peşə məktəblərinin təmiri və tikintisi üçün 80 milyon manat vəsait ayrılıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bu vəsaitin təxminən 50 milyon manata yaxını ötən ildən yarımçıq qalmış təmir və tikinti işlərinə sərf ediləcək. Nazirlik 30 milyon manat vəsaiti isə bu il ərzində həyata keçiriləcək yeni təmir və tikinti işlərinə sərf etməyi nəzərdə tutur: “Amma işin həcminə görə bu vəsait olduqca azdır. Buna görə də biz bu məsələdə müəyyən artımlar gözləyirik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR