Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil edəcək

Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil edəcək
# 11 mart 2011 13:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Şəhər İcra Hakimiyyəti baharın gəlişi – Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil edəcək. İcra hakimiyyətindən APA-ya verilən məlumata görə, bayram şənliyi martın 15-də, İlaxır çərşənbə günü saat 12.00-da Azneft meydanından başlayacaq. Dəvələrdən ibarət karvanla hərəkət edən milli geyimli oğlan və qızlar Suraxanı rayonu Atəşgah məbədindən od götürəcəklər. Saat 19.00-da musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirilən odla Qız qalasının üstündəki məşəl alovlandırılacaq. İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR