Bu gün Azərbaycanın daxili işlər orqanlarına işə qəbul üçün test imtahanı keçirilir

Bu gün Azərbaycanın daxili işlər orqanlarına işə qəbul üçün test imtahanı keçirilir
# 12 mart 2011 07:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirir. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 56 nəfəri hüquq istiqaməti üzrə, 52 nəfəri isə pedaqogika istiqaməti üzrə sənəd verib.

İşə qəbul hüquq və pedaqogika istiqamətləri üzrə aparılır. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Hüquq istiqaməti üzrə 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrədir. Pedaqogika istiqaməti üzrə imtahanda 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual yaş psixologiyası, 20 sual isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrədir. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR