Arazın yeni qolunun açılmasına hazırlıq işləri aparılır

Arazın yeni qolunun açılmasına hazırlıq işləri aparılır
# 12 mart 2011 14:23 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı - APA. “Arazın yeni qolunun açılması üçün tikintiyə hazırlıq işləri aparılır. Bu məqsədlə Hollandiyadan gələn mütəxəssislərlə yerli tikinti şirkətinin mütəxəssisləri layihələrin hazırlanmasını yekunlaşdırırlar”. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu sözləri fövqəladə hallar nazirinin müavini Orucəli Haciyev deyib. O bildirib ki, aparılacaq işlər dəqiq araşdırılacaq və əsaslandırılacaq ki, təbii fəlakətlər öncəsi su daşqınlarını idarə etmək mümkün olsun: “Yaxın günlərdə yeni qolda hidroqurğuların inşası aparılacaq və bu qurğular vasitəsilə Fövqəladə Hallar Nazirliyinin strukturları suları idarə edə biləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR