Azərbaycan əhalisinin adambaşına gəlirləri yanvar-fevral aylarında 13% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri yanvar-fevral aylarında 13% artıb
# 14 mart 2011 10:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 2010-cu ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 462,1 manat və ya orta hesabla ayda 231 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 4,1 faiz bəndi üstələyib. Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4,2 mlrd. manatlıq gəlirin 71,7%-i son istehlak xərclərinə, 8,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,5%-i isə yığıma yönəldilib. Bütün icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 3,8 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 15,7% çox vəsait qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR