Gələn il Azərbaycanda məhsulların sterilizasiyası üçün qurğu tikiləcək

Gələn il Azərbaycanda  məhsulların sterilizasiyası üçün qurğu tikiləcək
# 16 mart 2011 14:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Artıq gələn ildən Azərbaycanda məhsulların sterilizasiyası məqsədilə sterilizasiya qurğusunun tikintisinə başlanacaq. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, artıq qurğunun layihəsi hazırdır və onun tikiləcəyi yer də ayrılıb. Qurğu “Caspian Fish” şirkətinin arxa tərəfində tikiləcək: “Ölkəmizə gələn bütün ərzaq məhsulları mütləq sterilizə olunmalıdır. Ona görə də Azərbaycana sterilizasiya qurğusu lazımdır. Bu qurğu Azərbaycanda yoxdur, amma o, indi qurulur. Əgər qurğular qurularsa, Azərbaycana hansısa məhsullar gətirilərkən onun sterilizasiya olunması haqqında sertifikat tələb olunmalıdır. Bundan sonra istənilən məhsulun sterilizasiyası həmin qurğuda aparılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR