Nazirlər Kabineti xarici QHT-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün tələb olunan şərtləri açıqlayıb

Nazirlər Kabineti xarici QHT-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün tələb olunan şərtləri açıqlayıb
# 17 mart 2011 09:09 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, filial və ya nümayəndəliyin Azərbaycanda dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.

Sənəddə xarici QHT-lərin qarşısına bir sıra şərtlər qoyulub. Bura Azərbaycan Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq, siyasi və dini təbliğatla məşğul olmamaq, qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək daxildir.

Danışıqlar zamanı, həmçinin, tərəflərin səlahiyyətlərinə aid olan və ya qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə oluna bilər. Danışıqların nəticəsi kimi Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında bağlanmış sazişdən sonra müəyyən olunmuş müddətdə və qaydada filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçiriləcək.

Qaydalarda xarici QHT-nin filial və nümayəndəlik açması üçün təqdim edəcəyi sənədlər barədə məlumatlar da qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR