AMEA Botanika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Botanika İnstitutu arasında müqavilə imzalanıb

AMEA Botanika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Botanika İnstitutu arasında müqavilə imzalanıb
# 28 mart 2011 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının V. L. Komarov adına Botanika İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müqavilə hazırda Azərbaycanda səfərdə olan V. L. Komarov adına Botanika İnstitutunun alimlərinin Botanika İnstitutunun direktoru Validə Əlizadə ilə görüşü zamanı imzalanıb.

Rus alimlərinin səfərinin məqsədi Botanika İnstitutunun Herbari fondunda tədqiqat aparmaq, Azərbaycan botanikləri ilə birlikdə bir sıra qoruqların ərazilərində ilkin yaz florası ilə tanışlıq və bu ərazilərdə yayılmış bəzi bitki növlərinin taksonomik statusunun müəyyənləşdirilməsi üçün onların filogeniyasını öyrənməkdən ibarətdir. Səfər martın 31-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR