Gəncədə iki məktəb direktoru işdən çıxmaq barədə ərizə yazıb

Gəncədə iki məktəb direktoru işdən çıxmaq barədə ərizə yazıb
# 31 mart 2011 12:11 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə iki orta məktəbin direktoru işdən azad olunmaq üçün Gəncə şəhər Təhsil İdarəsinə ərizə ilə müraciət ediblər. Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 10 saylı orta məktəbin direktoru Cəlal Fətullayev və 19 saylı məktəbin direktoru Minurə Ağayeva işdən azad olunmaq barədə ərizə yazıblar: “Hələlik heç bir məktəb direktoru işdən azad olunmayıb. İki məktəb direktorunun işdən çıxmaları haqda təqdim etdikləri ərizələri nazirliyə göndərmişik. Əgər nazirlik onların istəyini təmin edərsə, hər iki direktor işdən azad ediləcəklər”. Mahal Əliyev direktorların işdən çıxmaq barədə ərizə yazmasının məktəblərdə yoxlamalar aparılması ilə bağlı olmadığını deyib və belə yoxlamaların mütəmadi olaraq aparıldığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR