Azərbaycanda bir sıra ərzaq məhsullarının qiyməti ucuzlaşır

Azərbaycanda bir sıra ərzaq məhsullarının qiyməti ucuzlaşır
# 31 mart 2011 16:25 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalarını davam etdirir.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı şəkər və şəkər tozu, çay, kərə və duru yağlar, düyü, qənnadı məmulatları, meyvə şirələri, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, süd məhsulları, eləcə də kartof, soğan və sitrus meyvələrinin qiymətlərində ucuzlaşma qeydə alınıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti xəbərdarlıq edir ki, qiymətlərin süni şişirdilməsinə, qiymətlərlə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

Monitorinqlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR