Böyük Britaniya tələbə vizasına təklif olunan dəyişiklikləri elan edib

Böyük Britaniya tələbə vizasına təklif olunan dəyişiklikləri elan edib
# 07 aprel 2011 11:51 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Krallıq 23 mart tarixində tələbə vizasına təklif olunan dəyişiklikləri elan edib. Xarici tələbə və Britaniya təhsil müəssisələrinin uyğunlaşması üçün bu dəyişikliklər müəyyən bir vaxt ərzində həyata keçiriləcək. Dəyişikliklərin ilk hissəsi 21 apreldə, qalan hissəsi 2011-ci ilin yayı və 2012-ci ilin aprel ayı tarixlərində həyata keçəcək. Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumatda bildirilir ki, hökumət əmindir ki, Birləşmiş Krallıq yüksək keyfiyyətli təhsil vermə kimi beynəlxalq reputasiyaya malikdir və xaricdə təhsil almaq istəyən bir çox tələbə üçün əsas seçim kimi qalır. Dəyişikliklərin məqsədi ölkəyə yalnız yüksək keyfiyyətə və biliyə malik xarici tələbələrin gəlməsini təmin etməkdir. Qeyd olunub ki, Birləşmiş Krallıq immiqrasiya səviyyəsini nəzarətə almaq məqsədi ilə viza qaydaları üzərində islahatlar aparır. Tələbə vizalarına əlavə olaraq bu il üçün illik iqtisadi miqrasiyaya məhdudiyyət, ailə üzvlərinə baş çəkmə və məskunlaşma vizalarına da islahatlar nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR