Dövlət Miqrasiya Xidmətinin sədri: “Azərbaycana hər gün dörd-beş min əcnəbi vətəndaş gəlir”

Dövlət Miqrasiya Xidmətinin sədri: “Azərbaycana hər gün dörd-beş min əcnəbi vətəndaş gəlir”
# 08 aprel 2011 08:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Azərbaycanda son illər müşahidə olunan sosial-iqtisadi inkişaf ölkəyə əcnəbilərin axınını artırıb: “Təqribi deyə bilərəm ki, hər gün ölkəyə dörd-beş min əcnəbi daxil olur. Bir o qədəri isə ölkəni tərk edir. Onların içərisində turist kimi gələnlər də var, təhsil almaq məqsədi ilə gələnlər də olur, həmçinin işləmək üçün bizim ölkəmizə üz tutanlar da var”.

A. Rəhimov, həmçinin bildirib ki, bu gün ölkəyə üz tutan əcnəbilərin böyük əksəriyyətini Rusiya və Gürcüstan vətəndaşları təşkil edir. Növbəti sırada isə Türkiyə və İran dayanır. Azərbaycana gələn əcnəbilərin 80 faizi məhz yuxarıda adı çəkilən 4 ölkənin vətəndaşlarıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR