Həkimlərin növbəti imtahanın nəticələri açıqlanıb

Həkimlərin növbəti imtahanın nəticələri açıqlanıb
# 08 aprel 2011 14:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanının nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 6-da otorinolarinqologiya və allerqologiya ixtisasları üzrə keçirilmiş imtahanda 36 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin hər biri uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları epidemiologiya və terapiya ixtisasları üzrə aprelin 13-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR