Bakıda qadın bələdiyyə üzvlərinin forumu keçiriləcək

Bakıda qadın bələdiyyə üzvlərinin forumu keçiriləcək
# 11 aprel 2011 07:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda qadın bələdiyyə üzvlərinin forumu keçiriləcək.“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumun təşkilatçısı “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyidir. Donor təşkilat olan “Filia die Frauenstiftung”in xətti ilə Azərbaycan Media Mərkəzində aprelin 14-də keçiriləcək forumun əsas məqsədi bələdiyyə üzvü olan qadınların liderlik bacarıqlarını, yeni texnologiyalardan istifadə qabiliyyətini artırmaq yolu ilə bələdiyyə qərarlarının qəbulunda qadınların rolunu gücləndirməkdir. Bununla yanaşı 5 ay davam edən layihədə bələdiyyələrdə qadın iştirakçılığını artırmaqla bələdiyyə üzvü olan qadınların həyatlarının dəyişilməsinə, praktik təcrübələrin artırılmasına və inkişafına nail olmaqdır. Məlumatda o da qeyd olunub ki, layihə çərçivəsində artıq Balakən və Qəbələdə bələdiyyə üzv olan və bələdiyyədə çalışan qadınlar üçün treninqlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR