Azərbaycanın gənclər və idman naziri İordaniyaya gedib

Azərbaycanın gənclər və idman naziri İordaniyaya gedib
# 18 aprel 2011 06:46 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, 12 oktyabr 2009-cu ildə Əmman şəhərində “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” imzalanıb.

Bununla yanaşı, İordaniya kralı II Abdullahın Azərbaycana rəsmi səfəri çərçivəsində 16 may 2010-cu il tarixdə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. A. Rəhimov proqramın və sazişin müddəalarından irəli gələn məsələləri müzakirə etmək məqsədilə İordaniya Gənclərlə iş üzrə Ali Şurasının sədri tərəfindən bu ölkəyə dəvət olunub.

Səfər 21 aprel 2011-ci il tarixinədək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR