Yaponiya hökuməti bu ölkənin ali məktəblərində bakalavr dərəcəsi üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib

Yaponiya hökuməti bu ölkənin ali məktəblərində bakalavr dərəcəsi üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib
# 19 aprel 2011 13:17 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2012-ci il üçün Yaponiyanın ali məktəblərində bakalavr dərəcəsi üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd ayırıb. Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Təhsil sahələri humanitar və ictimai elmləri (hüquq, siyasət, pedaqogika, sosiologiya, ədəbiyyat, tarix, iqtisadiyyat, psixologiya və s.), texniki və təbiət elmləri (riyaziyyat, elektronika, memarlıq, tibb, mühəndislik, biologiya, kənd təsərrüfatı və s.) əhatə edir. 2012-ci il üçün Yaponiya Hökumətinin Təhsil Təqaüdü Bakalavr dərəcəsi üzrə proqramdan yararlanmaq istəyən namizəd Azərbaycan vətəndaşı olmalı, təvəllüdü 2 aprel 1990-cı il və 1 aprel 1995-ci illər arasına təsadüf etməli, ya orta məktəb məzunu olmalı, ya da Yaponiyadakı orta təhsilə ekvivalent olan təhsil müəssisəni bitirməli, yapon dilini öyrənməli və ya öyrənməyə həvəs göstərməli və yapon dilində təhsil almalıdır. Təqaüdün müddəti 2012-ci ilin aprel ayından 2017-ci ilin mart ayına qədər, bir illik yapon dilinin ilkin tədrisi daxil olmaqla, beş ildir. Ərizə forması almaq istəyənlər Yaponiya səfirliyinin Mədəniyyət və İnformasiya Şöbəsinə müraciət edə bilərlər. Doldurulmuş ərizə formalarının Səfirliyə təqdim olunmasının son tarixi 10 iyundur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR