Bakının IV – V sinif şagirdləri üçün riyaziyyat fənnindən test yoxlaması keçiriləcək

Bakının IV – V sinif şagirdləri üçün riyaziyyat fənnindən test yoxlaması keçiriləcək
# 21 aprel 2011 12:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan orta məktəblərinin IV – V siniflərində riyaziyyat fənnindən test yoxlaması keçirəcək. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, yoxlama aprelin 27 – də baş tutacaq. Şagirdlərə təqdim olunacaq testlər hər birində 15 sual olmaqla 10 variantda tərtib ediləcək. Suallar orta səviyyədə müəyyənləşdirilib. Testlərdə asan, orta səviyyəli və çətin suallar var. 1 - 4 suala cavab verə bilən şagirdlər “2”, 5 – 9 suala cavab verə bilənlər “3”, 10 – 13 suala cavab verənlər “4”, 14 – 15 suala düzgün cavab verən şagirdlər isə “5” qiyməti alacaqlar.
BŞTİ-nin mütəxəssisləri tərəfindən hazırlanan suallar həm rus, həm də Azərbaycan bölməsi üzrə eyni eynidir.
Cavab kartları həmin gün toplanaraq BŞTİ-də optik oxuyucu cihaz vasitəsilə yoxlanacaq və nəticələr təxminən 3 gün ərzində bəlli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR