Həftə sonu Azərbaycanın bəzi yerlərində yağış yağacaq

Həftə sonu Azərbaycanın bəzi yerlərində yağış yağacaq
# 22 aprel 2011 09:15 (UTC +04:00)
Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 5-7, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 24-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 23-də fasilələrlə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 4-8, gündüz 12-17 dərəcə isti olacaq, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Aprelin 24-də gün ərzində havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR