Avropa İttifaqı Azərbaycanda sosial müdafiənin və istehsalatda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı birgə layihəyə başlayır

Avropa İttifaqı Azərbaycanda sosial müdafiənin və istehsalatda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı birgə layihəyə başlayır
# 25 aprel 2011 08:43 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa İttifaqı (Aİ) Azərbaycanda sosial müdafiənin və istehsalatda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı birgə layihənin reallaşmasına 1 mln. manat ayıracaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Aİ-nin mətbuat xidməti açıqlama yayıb.

İlyarım davam edəcək layihə Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyi ilə Gessen federal torpağının Əmək, Ailə və Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında istehsalatda təhlükəsizlik xidmətinə kömək göstərilməsinə yönəlmiş bu layihə Dövlət Əmək Müfəttişliyinin potensialının möhkəmləndirilməsinə də təsir edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR