AVCİYA Şirvanda seminar keçirib

AVCİYA Şirvanda seminar keçirib
# 25 aprel 2011 09:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Şirvan şəhərində seminar keçirib. APA-nın məlumatına görə, seminar “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili ” adlı layihə çərçivəsində baş tutub. Seminarda seçki sahəsində fəaliyyət göstərən QHT nümayəndələri, müəllimlər, müstəqil ekspertlər, jurnalistlər iştirak edib. Seminarda AVCİYA Seçki Qərargahının əməkdaşları layihə çərçivəsində məruzə ilə çıxış ediblər. Məruzələrdə respublikada seçici hüquqlarının müdafiəsi ilə bağlı da bir sıra müsbət irəliləyişlər əldə olunmasına baxmayaraq, bir sıra problemlərin olduğu qeyd edilib. Bundan başqa seminarda seçki şikayətlərinə baxılması prosedurasının nisbətən sadələşdirilməsinə, “Seçki Məcələsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişiklərin edilməsinə ehtiyac olduğu xüsusi vurğulanıb. Seminarın sonunda müxtəlif suallara cavab verilib, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi ilə bağlı AVCİYA – nın tövsiyələri iştirakçıların diqqətinə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR