Avropa İttifaqı Azərbaycanda əməyin mühafizəsi ilə bağlı Tvininq layihəsinin icrasına başlayır - FOTO

Avropa İttifaqı Azərbaycanda əməyin mühafizəsi ilə bağlı Tvininq layihəsinin icrasına başlayır - <font color=red>FOTO</font>
# 26 aprel 2011 09:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatı və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin dəstəyi ilə “Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunda Ümumdünya Əməyin Mühafizəsi gününə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

APA-Economics”in məlumatına görə, konfrans ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) yaradılması, Azərbaycanda əməyin təftişi işinin təkmilləşdirilməsi istiqamətində Dünya Bankının layihəsinin müvafiq komponentləri üzrə Avropa İttifaqına üzv dövlətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, Avropa İttifaqının maliyyələşdirdiyi DƏMX-in əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyan Tvininq layihəsinin başlaması və aprelin 26-dan mayın 26-dək əməyin mühafizəsi aylığının keçirilməsinə həsr edilib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, hər il dünya üzrə istehsalatda 339 mln. bədbəxt hadisə baş verir, 160 mln. insan peşə xəstəliyinə tutulur, 2 mln. 300 min insan istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində dünyasını dəyişir.

Avropa İttifaqının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Roland Kobia isə deyib ki, Aİ “Əməyin mühafizəsi üzrə DƏMX-ə dəstək” Tvininq layihəsini həyata keçirməklə Azərbaycanla yeni əməkdaşlığa qədəm qoyur. Bu layihə 18 ay müddətində həyata keçiriləcək. Layihə Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyi ilə Gessen federal torpağının Əmək, Ailə və Səhiyyə Nazirliyi tərəfindən reallaşdırılacaq. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında istehsalatda təhlükəsizlik xidmətinə kömək göstərilməsinə yönəlmiş bu layihə Dövlət Əmək Müfəttişliyinin potensialının möhkəmləndirilməsinə təsir edəcək.

R.Kobianın sözlərinə görə, müxtəlif sahələr üzrə əməkdaşlıq edən Aİ Azərbaycanla artıq bu əməkdaşlığın həcmini son illər ərzində 2 dəfə artırıb. Tvininqin çox uğurlu mexanizm olduğunu deyən səfir Azərbaycanın bu layihədən yüksək nəticələr əldə edə biləcəyinə ümid etdiyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR