Bakıda IV-V sinif şagirdləri və ibtidai sinif müəllimlər üçün sınaq yoxlaması keçirilir

Bakıda IV-V sinif şagirdləri və ibtidai sinif müəllimlər üçün sınaq yoxlaması keçirilir
# 27 aprel 2011 08:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu gün tabeliyindəki orta məktəblərdə təhsil alan IV-V sinif şagirdləri və ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə test yoxlaması keçirir. APA-nın məlumatına görə, idarənin sektor müdiri Firudin Həmzəyev bildirib ki, sınaq yoxlamanın keçirilməsi üçün riyaziyyat fənninin seçilməsinin əsas səbəbi bu fənnin şagirdlərin məntiqi təfəkkürünün formalaşmasında mühüm rol oynaması ilə bağlıdır.

Yoxlamada 59 minə yaxın şagird iştirak edir. Yoxlamanın nəticələri optik oxucular vasitəsilə qiymətləndiriləcək. Nəticələr yaxın bir neçə gün ərzində açıqlanacaq. Yoxlamada zəif nəticə göstərən şagirdlər üçün heç bir problem yaranmayacaq. Bu nəticələr uşaqların sinifdən-sinfə keçməsinə heç bir təsir göstərməyəcək. F. Həmzəyev deyib ki, bu sınaq yoxlaması adi bir yoxlama yazı işinə bərabər tutulur: “Sinif jurnalında da bir yoxlama yazı kimi qeyd olunacaq. Amma bu yoxlamanın şagirdlərin yarım illik qiymətinə təsiri olacaq. Şagirdlə müəllimin nəticəsi təxminən bərabər olmalıdır. Yoxlamada zəif nəticə göstərən müəllimlər isə ixtisasartırma kursuna göndəriləcək”.

Bu il imtahan verən V sinif şagirdlərinin növbəti tədris ilində yenidən sınaq yoxlamasında iştirak edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR