Bakıda II Milli Respirator Konqresi və Ağciyər xəstəlikləri və vərəm üzrə IV Respublika elmi-praktik konfransı keçirilir

Bakıda II Milli Respirator Konqresi və Ağciyər xəstəlikləri və vərəm üzrə IV Respublika elmi-praktik konfransı keçirilir
# 29 aprel 2011 09:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son illər bütün dünyada, o cümlədən də Azərbaycanda ağciyər xəstəliklərinin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2020-ci ildə ağciyər xəstəlikləri ölümün səviyyəsinə görə ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yerdə olacaq”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respiratorlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən II Milli Respirator Konqresində və Ağciyər xəstəlikləri və vərəm üzrə IV Respublika elmi-praktik konfransında məlumat verilib.

Azərbaycan Respiratorlar Cəmiyyətinin sədri Ədalət Abdullayev bildirib ki, son illər ekoloji dəyişikliklər, əhalinin əksəriyyətinin siqaretə meylliliyi ağciyər xəstəliklərinin artmasına səbəb olub. Ə. Abdullayev deyib ki, üç gün davam edən konfransda ağciyər xəstəliklərinin diaqnostikası, müalicəsi, profilaktikası, yeni müalicə üsulları müzakirə ediləcək.

Konfransa Azərbaycan alimləri ilə yanaşı, Rusiya və Gürcüstandan olan alimlər də qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR