Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Suraxanıda korrupsiya ilə bağlı müşavirə keçirib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Suraxanıda korrupsiya ilə bağlı müşavirə keçirib
# 02 may 2011 08:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Suraxanı Rayon İcra Hakimiyyətində yerli icra hakimiyyəti orqanının və rayon ərazisində yerləşən dövlət idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) tələblərinə uyğun olaraq keçirilib.

Müşavirədə komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Dövlət qulluqçularının etik davranış qaydalarının ümumi əsasları” və Hüquq sektorunun müdiri Vüqar Əsgərov “Korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması” mövzularında təqdimatla çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR