BMT nümayəndəsi: “Azərbaycanda HİV-lə bağlı yeni milli strategiyanın yaradılması zəruridir”

BMT nümayəndəsi: “Azərbaycanda HİV-lə bağlı yeni milli strategiyanın yaradılması zəruridir”
# 03 may 2011 13:12 (UTC +04:00)
Amma buna baxmayaraq, son 10 il ərzində virusun yayılması tendensiyası müşahidə olunur”. Bu barədə APA-ya BMT-nin HİV/QİÇS üzrə birgə Proqramının (UNAİDS) ölkə ofisinin rəhbəri Cəmilə Cərrahova bildirib. Onun sözlərinə görə, son hesabatlara əsasən, dünyanın 22 ölkəsində virusun ümumi, 33 ölkəsində isə illik artımı 21 faiz azalıb: “Çox təəssüf olsun ki, bizim region bu regionların içində deyil. Hələ ki, virusun yayılması artmaqdadır. Yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 2723 nəfər HİV-ə yoluxmuş şəxs rəsmi qeydiyyata alınıb. Onların əksəriyyəti kişilərdir. Bunlardan 60 nəfəri venadaxili narkotik istifadəçiləridir, 23 faizə qədər cinsi yolla yoluxub”. C. Cərrahova deyib ki, ötən il Azərbaycanda HİV-lə mübarizə sahəsində yeni qanun qəbul olunsa da, hələ görülməli işlər çoxdur: “Azərbaycanda HİV-lə bağlı yeni milli strategiyanın yaradılması zəruridir. Orada bütün dünyada təmin olunmuş preventiv tədbirlər də öz əksini tapmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR