Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir
# 04 may 2011 11:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Bakı Slavyan Universitetində Gəncə Dövlət Universiteti birgə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb. APA-nın məlumatına görə, konfransda Azərbaycan təhsil nazirinin müavini Elmar Qasımov nazir Misir Mərdanovun təbrikini iştirakçılara çatdırıb. O bildirib ki, bu səpkili tədbirlər Azərbaycanın dövlətçiliyinə xidmət edir.

BSU-nun rektoru Kamal Abdulla, Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov, Ural Dövlət Universitetinin professoru Aleksandr Nesterov, ABŞ-ın Kolumbiya Universitetinin nümayəndəsi Amanda Eriksson, Moskva Dövlət Linqvistik Universitetinin professoru Tofiq Məlikli, Qazaxıstanın Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin professoru Aygül Bayutova, Polşa Şərqşünaslıq İnstitutunun elmi işçisi Elizabeta Kustra–Pirvere və digər şəxslər konfransın əhəmiyyətindən, Azərbaycanşünaslığa verə biləcəyi töhfədən söz açıblar.

Tədbirdə bildirilib ki, konfransa 7 ölkənin 26 universitetindən olan alim və tələbələrin məqalələri təqdim olunub.

Qeyd edək ki, mayın 7-ə qədər davam edəcək elmi konfrans Gəncə Dövlət Universitetində davam etdiriləcək. Bu müddət ərzində konfrans işini bölmələr üzrə davam etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR