Nazir: “Təhsil Nazirliyinin dövlət sifarişi hesabına ali məktəblərə qəbul olunanlarla bağlı təklifi Maliyyə və İqtisadi İnkişaf nazirliklərində müzakirə olunur”

Nazir: “Təhsil Nazirliyinin dövlət sifarişi hesabına ali məktəblərə qəbul olunanlarla bağlı təklifi Maliyyə və İqtisadi İnkişaf nazirliklərində müzakirə olunur”
# 04 may 2011 11:59 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Təhsil Nazirliyinin dövlət sifarişi hesabına ali məktəblərə qəbul olunanların dövlət tərəfindən ödənilən təhsil xərcləri ilə bağlı təklifinə dair Maliyyə və İqtisadi İnkişaf nazirliklərində müzakirələr aparılır. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə bildirib ki, nazirlik dövlət sifarişi hesabına ali məktəblərə qəbul olunanların dövlət tərəfindən ödənilən təhsil xərcinin ödənişli təhsil xərcindən aşağı olmamasını istəyir: “Ötən il də biz belə bir təkliflə çıxış etmişdik. Yəqin Maliyyə və İqtisadi İnkişaf nazirliklərində aparılan müzakirələr başa çatacaq və bununla bağlı qərar qəbul olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR