Məleykə Abbaszadə: “Heç kim bizə təklif etməyib ki, açıqlanan test suallarının müzakirəsini keçirək”

Məleykə Abbaszadə: “Heç kim bizə təklif etməyib ki, açıqlanan test suallarının müzakirəsini keçirək”
# 05 may 2011 11:09 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Misir Mərdanovun test suallarının ictimaiyyətin müzakirəsinə çıxarılması təklifinə münasibət bildirərkən deyib. TQDK sədri deyib ki, “Abituriyent” jurnalının 1-ci sayında bütün model testlər öz əksini tapıb: “ Həmin testlər əsasında sınaq imtahanları da keçiririk. Sınaq imtahanlarının sualları da ictimaiyyətin müzakirəsinə verilir. Heç kim bizə təklif etməyib ki, açıqlanan suallarla bağlı müzakirə keçirək. Belə müzakirələr aparmaq istəyirlərsə, biz hazırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR