Obmudsman Aparatında informasiya ilə bağlı yeni struktur yaradılacaq

Obmudsman Aparatında informasiya ilə bağlı yeni struktur yaradılacaq
# 05 may 2011 13:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Obmudsman Aparatında informasiya ilə bağlı yeni struktrun yaradılması bu ilin sonlarına qədər mümkün ola bilər. Bu barədə APA-ya ombudsman Elmira Süleymanova məlumat verib.

E. Süleymanova deyib ki, “Ombudsman haqqında” Konstitusiya qanununa edilmiş əlavə və dəyişikliklərin prosedura uyğun olaraq yaxın vaxtlarda təkrar səsverməyə çıxarılması planlaşdırılır: “Bu dəyişikliyə uyğun olaraq Ombudsman Aparatında informasiya ilə bağlı ayrıca struktur yaradılmalıdır. Qanun qəbul olunduqdan sonra bu istiqamətdə addımlar atılacaq və hesab edirəm ki, yeni struktur sentyabr ayında yaradılacaq”.

Ombudsmanın sözlərinə görə, hələ ki yeni strukturun ştatında neçə nəfərin olacağı bəlli deyil. Amma bu sahədə işlərin böyük həcmi nəzərə alınarsa, işçilərin sayı az olmayacaq.

E. Süleymanova yaxın vaxtlarda media orqanları ilə bu mövzuda məsləhətləşmələrin keçiriləcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR