Yaqub Mahmudov: “Müstəqillik şüuru aşılayan dərsliklər yaratmalıyıq, tarix dərsliklərində daim təkmilləşdirmə aparılmalıdır”

Yaqub Mahmudov: “Müstəqillik şüuru aşılayan dərsliklər yaratmalıyıq, tarix dərsliklərində daim təkmilləşdirmə aparılmalıdır”
# 06 may 2011 09:49 (UTC +04:00)
Bakı. APA-Sevil Valehova. “Azərbaycan tarixi ilə bağlı hazırda aparılan tədqiqatların nəticələri getdikcə tarix dərsliklərinə salınmalıdır”. Bu açıqlamanı APA-ya AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov verib. Onun sözlərinə görə, İrəvan xanlığının, Borçalının, Dərbəndin, Cənubi Azərbaycanın, Qarabağın tarixi ilə bağlı mühüm sənədlər aşkarlanır və bu sənədlər dərsliklərə daxil edilməlidir: “Yəni yeni təfəkkür, müstəqillik şüuru aşılayan dərsliklər yaratmalıyıq. Tarix dərsliklərində daim təkmilləşdirmə aparılmalıdır. Hazırda bu iş gedir. Bu il yenidən nəşr olunacaq dərsliklərin hamısına əlavələr ediləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR