Vatikan Kitabxanasının məxfi arxivində Azərbaycana aid sənədlər tapılıb

Vatikan Kitabxanasının məxfi arxivində Azərbaycana aid sənədlər tapılıb
# 11 may 2011 12:12 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov deyib. O bildirib ki, ötən ilin yayında Vatikana göndərilən AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Fərid Ələkbərov Vatikan Kitabxanasının məxfi arxivində araşdırmalar aparıb: “Hələlik məxfi arxivdə Azərbaycana aid 85 sənəd tapılıb. Onların alınması üçün AMEA-nın Rəyasət Heyəti bu gün qərar qəbul edib. Bu sənədlər min illik sənədlərdir. Sənədlərin içərisində Səfəvilər dövlətinin Vatikana yazdığı məktublar da var. Bu sənədlərin video sürətləri alınacaq. Artıq bu işə razılıq verilib”.

A. Həşimovun sözlərinə görə, sənədlərin alınması üçün AMEA Vatikanın Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxlayacaq və əməkdaşlıq haqqında Memorandum imzalayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR