Azərbaycanın gənclər və idman nazirinin müavini Beynəlxalq Gənclər ili çərçivəsində İstanbulda keçirilən konfransında iştirak edir

Azərbaycanın gənclər və idman nazirinin müavini Beynəlxalq Gənclər ili çərçivəsində İstanbulda keçirilən konfransında iştirak edir
# 11 may 2011 13:33 (UTC +04:00)
Bakı – APA. BMT-nin 2010-cu il 12 avqust -2011-ci il 11 avqust tarixinədək keçiriləcək Beynəlxalq Gənclər ili çərçivəsində mayın 11-dən Türkiyənin İstanbul şəhərində “Gənclərə sərmayə - Sürətli İnkişafa Yol” konfransına start verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda region çərçivəsində gənclərlə iş sahəsində görülmüş işlər, nəzərdə tutulan layihələr, “Gənclər üçün İnkişaf proqramı”nın prioritet məsələləri və gənclər sahəsini əhatə edəcək digər məsələlər müzakirə olunacaq.

Azərbaycanı konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsil edir.

Konfrans mayın 13-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR