Abel Məhərrəmov: “Nəzərdə tutulur ki, müəllimlər təqaüdə çıxanda onların pensiyasının məbləği aldıqları maaşın həcminə yaxın olsun”

Abel Məhərrəmov: “Nəzərdə tutulur ki, müəllimlər təqaüdə çıxanda onların pensiyasının məbləği aldıqları maaşın həcminə yaxın olsun”
# 12 may 2011 08:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Hazırda təhsil sahəsində ciddi islahatlar gedir. Təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsi də aparılan böyük islahatın vacib tərkib hissəsidir”. APA-nın məlumatına görə, bu fikirləri YAP-ın saytına açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. A. Məhərrəmov bildirib ki, indiki şəraitdə ziyalılar məsələ ilə bağlı müvafiq təkliflərini verməkdədir. Onun fikrincə, bu proses mərhələlərlə həyata keçiriləcək: “Pensiya yaşına çatmış müəllimlər bu gün təqaüdə çıxmırlar. Bunun səbəbi isə təqaüdün azlığıdır. Dövlət qulluqçusu olanda isə pensiya təminatı da yüksək olur. Bu islahatın həyata keçirilməsində əsas məqsədlərdən biri də müəllimlərin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Nəzərdə tutulur ki, müəllimlər təqaüdə çıxanda onların pensiyasının məbləği aldıqları maaşın həcminə yaxın olsun”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR