Məleykə Abbaszadə: “Müəllimlik ixtisası üzrə qabiliyyət imtahanının keçirilməsi böyük subyektivliyə yol aça bilər”

Məleykə Abbaszadə: “Müəllimlik ixtisası üzrə qabiliyyət imtahanının keçirilməsi böyük subyektivliyə yol aça bilər”
# 13 may 2011 09:42 (UTC +04:00)
APA-nın məlumatın görə, bunu Tələbə Qəbul üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müəllimlik ixtisası kimi kütləvi ixtisas üzrə qabiliyyət imtahanının keçirilməsi böyük subyektivliyə yol aça bilər: “Azərbaycanda müəllimlik ixtisası üzrə yüksək nəticə göstərən abituriyentlər azdır. Müəllimliyə adətən 300 baldan yuxarı nəticə göstərən abituriyentlər daxil olurlar. Əgər bu ixtisaslar üzrə 500 baldan yuxarı nəticə olsaydı, hansısa meyarlar təklif etmək olardı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR