Azərbaycan məcburi köçkünlərə adambaşına xərclənən vəsaiti təxminən 6 dəfə artırıb

Azərbaycan məcburi köçkünlərə adambaşına xərclənən vəsaiti təxminən 6 dəfə artırıb
# 13 may 2011 10:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 2,1 mlrd. manatı dövlət büdcəsinin, 860 mln. manatı Dövlət Neft Fondunun, 740 mln. manatı isə beynəlxalq humanitar təşkilatların ayırdığı vəsaitlərin payına düşür.

Cari ildə isə bu məqsədlərlə dövlət büdcəsindən 190 mln. manatın, Neft Fondundan 110 mln. manatın, beynəlxalq humanitar təşkilatların xətti ilə 20 mln. manatın xərclənməsi nəzərdə tutulur.

Hazırda hər bir məcburi köçkünün saxlanmasına ildə 684 manat vəsait xərcləndiyini deyən Ə.Həsənov bunu münaqişə bölgələri üzrə köçkünlərə ayrılan ən yüksək məbləğ olduğunu qeyd edib. Qeyd edək ki, 2003-cu ildə bu rəqəm 121 manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR