TQDK-nın keçirdiyi sınaq imtahanlarında 100 mindən çox abituriyent iştirak edib

TQDK-nın keçirdiyi sınaq imtahanlarında 100 mindən çox abituriyent iştirak edib
# 13 may 2011 11:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi sınaq imtahanlarında 100 mindən çox abituriyent iştirak edib. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sınaq imtahanları ölkənin demək olar ki, bütün bölgələrini əhatə edib. TQDK sədri sınaq imtahanlarında iştirak edən orta statistik abituriyentin nəticələrinin əsas imtahanlardan əvvəl açıqlanacağını da deyib: “Buna əsasən, sınaq imtahanlarının nəticələrinin real imtahanların nəticələri ilə necə uyğunlaşması aydınlaşacaq. Sınaq imtahanlarına gələn abituriyentlər imtahanlara daha ciddi yanaşan şəxslərdir. Son illər müşahidə edirik ki, əvvəlki illərin abituriyentləri, xüsusən ordudan qayıdan gənclər bu prosesdə daha ciddi iştirak edirlər. Bu, çox müsbət haldır”.

TQDK sədri deyib ki, mayın 15-də respublikanın 25 şəhərində sınaq imtahanı keçiriləcək. Bu imtahanlarda 32 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR