Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü münasibətilə keçirilən “Böyük Qafqaz” beynəlxalq velosiped turniri sona çatıb - FOTO

Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü münasibətilə keçirilən “Böyük Qafqaz” beynəlxalq velosiped turniri sona çatıb - <font color=red>FOTO</font>
# 16 may 2011 07:17 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü münasibətilə keçirilən “Böyük Qafqaz” beynəlxalq velosiped turniri sona çatıb. APA-nın yerli bürosunun məlumatına görə, Gənclər və İdman nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sponsorluğu ilə təşkil edilən turnir Zaqatalada başa çatıb. Turnir 2012 London Olimpiya oyunlarına hazırlıq məqsədi daşıyır. Turnirdə yekun mərhələnin qalibi latviyalı velosipedçi Martinos Blakviçus olub. Martinos Blakviçus belə bir turnirə qatılmaqdan məmnun olduğunu bildirib. Latviyalı velosipedçi Azərbaycan xalqını ölkə təmsilçilərinin “Eurovision” beynəlxalq musiqi yarışmasında qalib gəlmələri münasibətilə də təbrik edib.
Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən “Böyük Qafqaz” beynəlxalq velosiped turnirinə mayın 10-da Bakıda start verilmişdi. Turnirə Azərbaycan, İran, Gürcüstan və Latviyadan 1993-94-cü il təvəllüdlü gənc velosipedçilərdən ibarət komandalar qatılıb. Dörd dövləti təmsil edən gənc velosipedçilər Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edərək 430 km-dək məsafə qət ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR